Xarici İşlər Nazirliyinin mövqeyi: Türkiyə-İsrail qarşıdurmasında Azərbaycan Türkiyənin yanında deyil (xütbə mp3) Əhli-Beytə (ə) ehtiram əyyamı Sara Peylin Obamanı İranla müharibə etməyə təhrik edir İrlandiya Milli Azadlıq Ordusu silahlı mübarizəni dayandırıb "Ya Əbulfəzl" yazılı bayraq İraqın ən yüksək sütununa sancılacaq

NAMAZLARIN VAXTLARI

09.02.2010
Bir aylıq cədvəli göstərmək

İmsak - 06:10

Sübh azanı - 06:20

Günəş çıxır - 07:41

Günorta azanı - 12:55

Axşam azanı - 18:29

Gecəyarı - 00:09

ƏN ÇOX OXUNAN

TƏQVİM

«    Fevral 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28

Bütün yazarlar



Sorğu

Qarla bağlı yaranmış vəziyyətdə icra strukturları özünü necə apardı?
Əla, hər nə mümkündür etdilər
Yaxşı, imkan daxilində mümkün olanı etdilər
Orta, daha da pis ola bilərdi
Pis, onlar belə vəziyyətlərə hazır deyillər
Çox pis, onlar özlərini biabırçı apardılar

YAZARLAR



Məscidofobiya davam edir: daha şiddətli, daha ağır

15 may 2009 [09:11]Şərhlər: 7

Böyütmək Kiçiltmək

 

Çap etmək Dosta göndərmək Facebook

 

Artıq ölkədə çox məscidlərlə bağlı rəzil bir tendensiya başlanmışdır. Belə ki, məscid həyətlərinin qəsb edilməsi, Şəhidlər məscidinin bağladılması, bir gün sonra Yasamalda “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscidin uçurulması, indi də Neft Daşlarındakı yenicə tikilmiş məscidin dağıdılması - bütün bunlar inanclı insanlar arasında sarsıntı ilə qarşılanmaqdadır. Bu faciəli durumla bağlı ölkənin dini ictimaiyyətinin nümayəndələrinə aşağıdakı sualları ünvanladıq:

1. Şəhidlər məscidinin bagladılması, ardınca Yasamalda rayonunda məscidin sökülməsi, indi də Neft Daşlarında yenicə istifadəyə verilmiş məscidin sökülməsini necə qiymətləndirirsiniz?

2. Bəzi məmurlar birində təmiri, digərində qeyri-qanuniliyi, hal-hazırda isə Neft Daşlarında sökülən məscidlə əlaqədar isə çökmə təhlükəsini əsas gətirirlər. Hətta bunlar dogrudursa belə, məscidlərin belə qaba formada və yolverilməz tərzdə deyilənlərin həyata keçirilməsini necə dəyərləndirirsiniz?

Hacı Şahin Həsənli - ilahiyyatçı-alim, “Məşhədi Dadaş” məscidinin imam-camaatı, Mənəvi Dünya İB-nin sədri
: “Sanki kimlərsə insanların heysiyyətinə toxunmaq məqsədini güdür”.

- Dəfələrlə demişik, bir daha bildirirəm ki, bunlar ayrı-ayrı məmurların düşünülməmiş, ağılsız hərəkətləridir. Bunlar eyni zamanda onların dini etiqad azadlığının məhdudlaşdırılmasına yönəlmiş hərəkətləridir. Sanki kimlərsə insanların heysiyətinə toxunmaq məqsədini güdür. İnanclı, dindar vətəndaşların heysiyyətinə toxunmaq məqsədi daşıyan əməllərdir. Əlbəttə, müxtəlif bəhalərlər gətirilsə də, növbəti məscidin sökülməsini bununla əlaqələndirirlər ki, güya çökmə təhlükəsi varmış. Amma hər halda belə hörmətsiz şəkildə Allah evi ilə davranmaq Azərbaycan xalqının hissləri ilə oynamaqdır. Bu da olduqca mənfi nəticələrə gətirib çıxara bilər.

- Ümumiyyətlə məscidin sökülməsinin özünün əhkamı var. Yəqin ki, din alimləri ilə, elmi-dini nüfuzu olan kəslərlə, qurumlarla məsləhətləşib bunu normal şəkildə həyata keçirmək olardı ki, Allah evinə qarşı hörmətsizlik olmasın. Bir də ki, QMİ də bu məsələlərə münasibətini açıq şəkildə ortaya qoymalıdır. O da dini sahə ilə məşğul olan qurumdursa, öz etirazını bildirməlidir. Bu məsələlərə münasibətini açıq şəkildə ortaya qoymalıdır.
ƏBAZƏR ƏHMƏDLİ
«Dəyərlər»


***


Artıq ölkədə çox məscidlərlə bağlı rəzil bir tendensiya başlanmışdır. Belə ki, məscid həyətlərinin qəsb edilməsi, Şəhidlər məscidinin bağladılması, bir gün sonra Yasamalda “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscidin uçurulması, indi də Neft Daşlarındakı yenicə tikilmiş məscidin dağıdılması - bütün bunlar inanclı insanlar arasında sarsıntı ilə qarşılanmaqdadır. Bu faciəli durumla bağlı ölkənin dini ictimaiyyətinin nümayəndələrinə aşağıdakı sualları ünvanladıq:

1. Şəhidlər məscidinin bagladılması, ardınca Yasamalda rayonunda məscidin sökülməsi, indi də Neft Daşlarında yenicə istifadəyə verilmiş məscidin sökülməsini necə qiymətləndirirsiniz?

2. Bəzi məmurlar birində təmiri, digərində qeyri-qanuniliyi, hal-hazırda isə Neft Daşlarında sökülən məscidlə əlaqədar isə çökmə təhlükəsini əsas gətirirlər. Hətta bunlar dogrudursa belə, məscidlərin belə qaba formada və yolverilməz tərzdə deyilənlərin həyata keçirilməsini necə dəyərləndirirsiniz?


Hacı Elşən Mustafaoğlu - ilahiyyatçı-alim, “Mənəvi Saflıq” İB-nin rəhbəri: “Qorbaçovun “yenidənqurması”ndan bu tərəfə insanlar öz milli-mənəvi dəyərlərinə qayıtmağa başladılar, lakin indi buna ciddi maneələr törədilir”.

- Sovet dövrunun qadağaları sübut etdi ki, dinə qarşı qadağaların, belə hərəkətlərin heç bir faydası yoxdur. Eks ölkə başçısı Heydər Əliyev məscid sökülməsini cinayət adlandırırdı. Xatırlayırsınızsa, televiziyalarda da bu kadrları veriblər ki, Bibi-Heybət məscidinin açılışı zaman o, hansı sözlərlə ittiham edirdi məscidi sökənləri. Bu onun öz sözü idi ki, “məscid sökməklə, dini qadağa etməklə heç kəs bizim İslam dinimizin qabağını ala bilməz”. Görünür ki, bəziləri düşünürlər ki, - Quranda da deyildiyi kimi - götürüb Allahın nurunu söndürmək istəyirlər. Allahın nurunu söndürə bilməzlər. Allahın evi ilə əlləşən insanın, onun evini sökən insanın evini Allah sökər. Adamı çox ciddi təəssüf hissi bürüyür ki, niyə axı bəzi məmurlarda son zamanlarda İslama qarşı belə qeyri-səmimi münasibət yaranıb. Kimsə qorxur, nədənsə ehtiyatlanır.

- Məscidlərin belə günə salınması mənə yeniyetməlik dövrümü xatırladır. Belə də yox, buna bənzər halları Sovet İttifaqının dinə olan münasibətində görmüşdüm. Sovet İttifaqı dindən ehtiyatlanırdı. Lakin sonradan gördülər ki, İslam sabitliyi, sülhü ortaya qoyan bir dindir. Ondan sonra bir qədər dinə qarşı münasibətləri yumşaldı. Sovetlər o zaman dindən xof, təhlükə yaratmağa cəhd edirdilər. Hazırda da isə bu tendensiya inkişaf etməkdədir. Ancaq sovetdən də kəskin, acı. Mən buna çox təəssüflənirəm ki, Qorbaçovun “yenidənqurması”ndan bu tərəfə insanlar öz milli-mənəvi dəyərlərinə qayıtmağa başladılar, lakin indi buna ciddi maneələr törədilir. Görünür bu müstəqillik dövründə biz həmin fürsəti lazımınca dəyərləndirməmişik ki, iş gəlib bu yerə çatıb.

***


Artıq ölkədə çox məscidlərlə bağlı rəzil bir tendensiya başlanmışdır. Belə ki, məscid həyətlərinin qəsb edilməsi, Şəhidlər məscidinin bağladılması, bir gün sonra Yasamalda “Peyğəmbərimiz Məhəmmədin (s) məscidi” adlı məscidin uçurulması, indi də Neft Daşlarındakı yenicə tikilmiş məscidin dağıdılması - bütün bunlar inanclı insanlar arasında sarsıntı ilə qarşılanmaqdadır. Bu faciəli durumla bağlı ölkənin dini ictimaiyyətinin nümayəndələrinə aşağıdakı sualları ünvanladıq:

1. Şəhidlər məscidinin bagladılması, ardınca Yasamalda rayonunda məscidin sökülməsi, indi də Neft Daşlarında yenicə istifadəyə verilmiş məscidin sökülməsini necə qiymətləndirirsiniz?

2. Bəzi məmurlar birində təmiri, digərində qeyri-qanuniliyi, hal-hazırda isə Neft Daşlarında sökülən məscidlə əlaqədar isə çökmə təhlükəsini əsas gətirirlər. Hətta bunlar dogrudursa belə, məscidlərin belə qaba formada və yolverilməz tərzdə deyilənlərin həyata keçirilməsini necə dəyərləndirirsiniz?

Kərbəlayi Zülfüqar Mikayılzadə - Quran və hədis elmləri üzrə mütəxəssisi, ilahiyyatçı-alim: “Əgər bu təxribatdırsa, bunu elə Ermənistanın Qarabağdakı məscidlərlə bağlı gördüklərindən heç bir fərqi yoxdur ”

- Şübhəsiz ki, məscidlərlə belə rəftar şəriət baxımından götürsək məqbul əməl deyildir. Qurani-Kərimin “Bəqərə” surəsinin 114-cü ayəsində məscidlərin sökülməsi kəskin tənqid olunur. Bu ayədə məscidləri sökdürən şəxs ən zalım insan kimi tanıtdırılır. “Tövbə” sürəsinin isə bir sıra ayələrində məscidləri təmir etdirən insanlar, həmçinin “Nur” surəsinin 36-cı ayəsində də məscidlərin qorunması, hörmətlərinin saxlanılması əmr olunub.

- Əgər bu təxribatdırsa, bunu elə Ermənistanın Qarabağdakı məscidlərlə bağlı gördüklərindən heç bir fərqi yoxdur. Orada da bizim məscidlərimizi sökürlər, burada da. Əgər təxribatdırsa - şübhəsiz erməninin gördüyü işlə bu görülən işdə heç bir fərq yoxdur.


Hacı Mir Cəfər ağa - ilahiyyatçı-alim: “Sovet hakimyyəti gələndə məscidləri anbar edirdi, ancaq dağıda bilmirdi. İndi necə əxlaqsız insanlar yaranıb ki, birbaşa dağıdırlar”

- Çox anlaşılmaz işlərdir. Bilmirəm bunlar kimə xoş gəlir? Nə üçün belə edilir? Amma dini baxımdan deyə bilərəm ki, Allah onun evi ilə belə rəftar edənlərin bəlasını verəcək. Məscidlə oynamaq…? Tarixdə çoxları məscidlə oynayıb, axırları heç yaxşı olmayıb. Axırını görüblər. Məni maraqlandıran sadəcə budur ki, sovet hakimyyəti gələndə məscidləri anbar edirdi, ancaq dağıda bilmirdi. İndi necə əxlaqsız insanlar yaranıb ki, birbaşa dağıdırlar. Heç baxmırlar ağına-bozuna. Çox anlaşılmaz hərəkətlərdir.

- Yenə də sovetlərə qayıtmaq istəyirəm. Məmurlar başa düşmürlər ki, soveti məhv edən elə mənəvi dəyərlərə sataşmaq idi. Sovet dağılanda heç kəsin vecinə olmadı ki, bu quruluş dağılır. Sadəcə olaraq, həyəcan siqnalı kimi deyə bilərəm ki, bunun axırı yaxşı olmayacaq.
ƏBAZƏR ƏHMƏDLİ
«Dəyərlər»










Şərhlər: 295
14 may 2009 00:53 YA ALEMDAR
Davam edir 37...


Şərhlər: 0
14 may 2009 13:41 Muctaba
Salam
Men evvelce bu mesle ile maraqlanan butun Muselmanlara oz derin teshekkurumu bildirirem ve hal-hazirda Olkemizde geden menfi prosesleri pisleyirem. Bu gun Olkemizde ucurdulan Mescidle bagli Gence muselmanlarida cox narahatdirlar. Hamisini bir sual maraqlandirir. Biz ne edek ? Birde Gencede son zamanlar daha cox bash veren bir problemi sizin nezerinize catdiriram. Gencede defelerle baglanmish ve Dovletin balansina kitabxana ve s. kimi kecirilmish mescidlerde konsert proqramlari kecirilir. Xahis edirem bu mesele ilede bagli ishler goresiniz...


Şərhlər: 27
14 may 2009 14:12 Dəyərlər
Müctəba Qardaş,salam!
Bu mövzu və ümumiyyətlə bu kimi mövzularla dərhal DEVAMM-ə şikayət etmək lazımdır.
deyerler.org@gmail.com
ünvanına yaza bilərsiniz.
Allah amanında.


Şərhlər: 92
14 may 2009 16:11 traveller
"... Gencede defelerle baglanmish ve Dovletin balansina kitabxana ve s. kimi kecirilmish mescidlerde konsert proqramlari kecirilir..."

Müctəba qardaş, daima yaşayacaqlarını güman edən şeytan nökərlərindən hər bir allahsızlıq gözləmək olar.
Amma, belələri unudurlar ki, bir gün gələcək - və Səbirli, lakin Ədalətli Allah onların fironluqlarına son qoyacaq. Bir gün gələcək - və Allahın ələmli əzabı onları heç gözləmədikləri yerdə haqlayacaq. Bir gün gələcək - və bu insan cildində olan varlıqlar elədikləri bütün haqsızlıqlara görə İlahi Məhkəmə qarşısında cavab verəcəklər.
İnşaallah ki, belələri üçün həmin gün tez gələcək...


Şərhlər: 0
14 may 2009 17:30 Muctaba
Aleykessalam
Cox sagolun Inshallah biz bu barede sizlere etrafli melumat gondereceyik. Bizleri narahat eden bir muhum mesele var bes bu Muselmanlar idaresinin mesul vezifeli shexsleri hara baxirlar ? Ne zamana qeder qorxub susacaqlar. Meger Allahdan bu qeder qorxmurlar ? Meger olecekleri gunu unudublar ? And olsun Allaha cox narahatiq bu meselelerin arxasinda duranlara Allahin belasi gelsin Inshallah. Allah siz ezizlerimize guc quvvet sebr ve irade eta elesin Inshallah. Sizin kimi Iradeli insanlarn arxasinda bizler variq. Ve la Hovle ve la Quvveta illah billah Aliyyul Azim


Şərhlər: 0
14 may 2009 18:04 Allah bendesi
salam
Evvelce qeyd edimki butun deyilen fikirlerle raziyam!!
Fikrimce Məscidlərimizin sokulmesi bize ayilmaq icin guclu bir zerbedi besdir daha gozumuzu yumdugumuz ne qeder olar axi Allahdanda qorxmurlar Ne hedde catiblarki allahin evinde dagidirlar ! bu millet hara gedir ?! kiminse kefine verib Allahin evin dagitmaq dagidir bu qederde ozbasinaliq olmaz axi !! Danishanda Muselmaniq deyirler bunu ancaq kafirler eder (:- en azindan ozunu Muselman adlandiran insanda Allah qorxusu / Allah sevgisi olur!Allahin belasi tutsun onlari.....


Şərhlər: 295
14 may 2009 21:01 YA ALEMDAR
Bakıda, Gəncədə nə fərq edər hansı şəhərdə? Əsas məsələ şəhərindən asılı olmayaraq Allah evlərinə, İnanca, möminlərə qarşı uzanan əlləri kəsib kökündən atmaqdır. Allah bu yolda hər birimizə yar və yardımçı olsun. AMİN.
Şərhin əlavə edilməsi
Sizin adınız:
Sizin E-Mail:

Kod:
Təhlükəsizlik kodunun görünməsi üçün bu şəkili işə salın
kodu yeniləmək
Kodu daxil edin:


XƏBƏR LENTİ