Xarici İşlər Nazirliyinin mövqeyi: Türkiyə-İsrail qarşıdurmasında Azərbaycan Türkiyənin yanında deyil (xütbə mp3) Əhli-Beytə (ə) ehtiram əyyamı Sara Peylin Obamanı İranla müharibə etməyə təhrik edir İrlandiya Milli Azadlıq Ordusu silahlı mübarizəni dayandırıb "Ya Əbulfəzl" yazılı bayraq İraqın ən yüksək sütununa sancılacaq

NAMAZLARIN VAXTLARI

09.02.2010
Bir aylıq cədvəli göstərmək

İmsak - 06:10

Sübh azanı - 06:20

Günəş çıxır - 07:41

Günorta azanı - 12:55

Axşam azanı - 18:29

Gecəyarı - 00:09

ƏN ÇOX OXUNAN

TƏQVİM

«    Fevral 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28

Bütün yazarlar



Sorğu

Qarla bağlı yaranmış vəziyyətdə icra strukturları özünü necə apardı?
Əla, hər nə mümkündür etdilər
Yaxşı, imkan daxilində mümkün olanı etdilər
Orta, daha da pis ola bilərdi
Pis, onlar belə vəziyyətlərə hazır deyillər
Çox pis, onlar özlərini biabırçı apardılar

YAZARLAR

Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir

28 may 2009 [14:20]Şərhlər: 24

Böyütmək Kiçiltmək

 

Çap etmək Dosta göndərmək Facebook

 

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun universitet ərazisində inşa olunan “İlahiyyat” məscidi ilə bağlı iki tələbi var.

“Media forum” saytı xəbər verir ki, jurnalistlərə açıqlamasında A.Məhərrəmov ibadət zamanı məscidə nə qədər adam tutursa o qədər adamın gəlməsini və səsgücləndiricilərdən az istifadə olunmasını tələb etdiklərini bildirib: “Biz heç də məscidin bağlanmasını tələb etməmişik. Allahın evidir, kim istəyirsə, gedib ibadət edə bilər. Məscidlə bağlı Türkiyə səfirliyindən əməkdaşlar dəvət etmişdik, onlara təklif etdim ki, məscidə getsinlər. Həmin nümayəndələr adamların coxluğundan heç məscidə girə bilmədilər və mənzərənin şahidi oldular”.

Rektor əlavə edib ki, artıq onların müraciətlərinə hüquq-mühafizə orqanları cavab verib: “Daxili İşlər Nazirliyindən bizim məktuba cavab gəldi ki, onlar araşdırma aparıblar və məscidin fəaliyyəti üçün heç bir hüquqi əsas olmadığını ortaya çıxarıblar. Artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də məsələ ilə ciddi məşğuldur”.

A.Məhərrəmov ötən cümə günü məscidə namaz qılmağa gələnlərin nisbətən azaldığını deyib: “Əvvəlki həftələrdə əgər 8 min adam gəlirdisə, ötən cümə bu rəqəm 6,5 minə enib. Hesab edirəm ki, bunu məscidin öz işçiləri tənzimləməlidir”. "Media forum"

***


22 may 2009 [19:33]

BDU-nun rektoru Abel Məhərrəmov: “Universitetin ərazisindəki məscidlə bağlı vəziyyət dözülməzdir”


“Bakı Dövlət Universitetinin ərazisində tikilən məscid 18 ilə yaxındır ki, inşa olunub. Bu məscid Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə tikilib. O vaxt sənədləşmə düzgün aparılmayıb.

Məscidin universitetin ərazisində tikilməsinə baxmayaraq, ali məktəbin heç bir razılığı nəzərə alınmayıb. Bu gün məscidin fəaliyyəti nəticəsində yaranan ağır vəziyyətlə bağlı video-çəkiliş aparmışıq. Doğurdan da vəziyyət dözülməzdir”. APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov universitetinin ərazisində fəaliyyət göstərən və “İlahiyyat fakültəsi” məscidi kimi tanınan ibadət ocağının bağlanacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib. Rektor son vaxtlar universitetin ərazisindəki ibadət ocağına xüsusi axının başlandığını deyib. Onun sözlərinə görə, hər cümə günü Bakı Dövlət Universitetinin ərazisindəki məscidə yeddi-səkkiz min insan ibadətə gəlir. A. Məhərrəmov həmin vaxt ərazidə bütün hərəkətin dayandığını söyləyib: “Məscidə gələnlər arasında tez-tez insident baş verir. Buna isə heç bir nəzarət yoxdur. Orada səkkiz min insanın namaz qılması üçün yer yoxdur. Təsəvvür edin ki, namaz vaxtı yer çatışmır, insanlar yataqxanadakı otaqlara yeni tikilən və hələ istifadəyə verilməyən binaya daxil olub ibadət edirlər. Namaz vaxtı səsgücləndiricilərdən o qədər güclü səs verilir ki, bütövlükdə tədris prosesinə maneələr yaradılır. Demək olar ki, onların səsi auditoriyada müəllimin səsindən daha yüksək eşidilir. Biz hamımız Allahımızı tanıyırıq. Ancaq hər şeyin ölçüsü var”.

A. Məhərrəmovun sözlərinə görə, son proseslər göstərir ki, belə qarışıq yerlərdən istifadə edib, müxtəlif terror hərəkəti törətmək istəyənlər var: “Bizim məqsədimiz məscidi bağlamaq deyil. Orada 150-200 nəfərdən artıq insanın ibarət etməsi üçün şərait yoxdur. Bir sözlə, nizam-intizama ehtiyac var”.

BDU rektoru məscidin fəaliyyətini tənzimləyən heç bir qurumun olmadığını deyib. Onun sözlərinə görə, faktiki olaraq, sözügedən məscidin adı yoxdur: “Bu məscid heç bir quruma tabe deyil. Mən ilahiyyat fakültəsini oradan çoxdan köçürmüşəm. İlahiyyat fakültəsinin həmin məscidlə heç bir əlaqəsi yoxdur. O vaxt məscid Bakı meri olan Rauf Gülməmmədovun icazəsi ilə tikilib. Bizim müxtəlif qurumlara müraciət etməkdə məqsədimiz də məscidin fəaliyyətin nizam-intizamın yaradılmasıdır. Universitet auditoriyasının səsini batıran məscidin hüquqi statusu olmalıdır”. /APA/

***


22 may 2009, 17:37

«İlahiyyat» məscidi bağlanmır?


“«İlahiyyat» məscidi ibadət üçün açıqdır və onun bağlanacağı barədə xəbərlər həqiqətə uyğun deyil», - deyə Türkiyənin Azərbaycan səfirliyinin dini işlər üzrə attaşesi Müzəffər Şahin Turana açıqlamasında bildirib.

Məscidin bağlanması ilə bağlı narahatlığa əsas olmadığını deyən M.Şahin buna dair xəbərlərin haradan qaynaqlandığını bilmədiyini söyləyib. «Amma aydın və birmənalı olan budur ki, məscid fəaliyyət göstərir və göstərəcək, bu gün orada cümə namazı qılınacaq», - deyə M.Şahin mövqeyini ifadə edib.

Təmir səbəbilə ibadətə bağlanan «Şəhdilər məscidi» barədə danışan M.Şahin burada təmir işləri getdiyini bildirib, amma nə zaman sona çatacağı barədə konkret bir şey deməyib. «Hazırda məscid daxilində boyalama işləri gedir», - deyə M.Şahin açıqlama verib. /TURAN/

***


22 may 2009, 08:52

“İlahiyyət fakültəsi” camesi fəaliyyətini davam etdirəcək


Danışıqlardan sonra bu qərara gəlinib

Bakıdakı “İlahiyyət fakültəsi” camesi ilə bağlı Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşavirliyi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq “İlahiyyət fakültəsi” camesinin fəaliyyətinin davam etdirilməsi barədə razılıq əldə olunub. Bu barədə Lent.az-a adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahin Lent.az-a açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıq aparıldığını təsdiqləyib. “Biz məscidin müvəqqəti qapadılması ilə bağlı xəbəri alandan sonra Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsilə danışdıq. Oradan bildirildi ki, belə bir şey danışıq mövzusu deyil. Bu, bizə verilən rəsmi açıqlama idi. Biz də eyni şeyi söyləyirik ki, “İlahiyyət fakültəsi” camesinin fəaliyyəti, orada ibadət davam edir”.

“İlahiyyət fakültəsi” camesinin imamı İbrahim Memiş də Lent.az-a açıqlamasında mayın 22-də məscidin fəaliyyətinin dayandırılmayacağını bildirib: “Məscid ibadətə açıq olacaq”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının yerləşdiyi ərazidəki (“Tələbə şəhərciyi”) Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilmiş “İlahiyyət fakültəsi” camesinin fəaliyyətinin dayandırılacağını həmin məscidin imamı İbrahim Memiş mayın 19-da namaz zamanı elan edib. LENT.AZ

***


22 may 2009, 17:57

Məscidofobiyanın ikinci dalğası


İkinci dalğanın elementləri

“Dəyərlər” qəzetini ötən sayında (08 may 2009 tarixli) “Məscidofobiyanın yeni dalğası gözləniləndirmi?” başlıqlı bir yazı dərc olunmuşdu. Yazının sonu belə fikirlərlə tamamlanır: “Bütün bunların fonunda Şəhidlər məscidi naməlum müddətə qapadılmışdır. Hazırda Əbu Bəkrə getmiş insanların sözü gedən iki məscid (Qaraçuxur və İlahiyyat məscidləri - red.) ətrafında cəmləşmələri bildirilir. Artıq növbəti bağlanma obyektinin Qaraçuxur məscidinin olması haqqında məlumatlar yayılmaqdadır”.

Gözlənildiyi kimi, artıq məscidofobiyanın ikinci dalğasını hiss olunmaqdadır. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin “İlahiyyat məscidi” kimi tanınan məscid KİV-də yer alan məlumatlara əsasən bu cümə bağlanmalıdır. Faktı maraqlı tərəflərdən biri olan “İlahiyyat camesi” kimi tanınan məscidin imamı İbrahim Memiş da təsdiqləmişdir. Belə ki, 19 may tarixində Yasamal rayonu polis idarəsinə çağrılan İbrahim hocaya imamlığını etdiyi məscidin bağladılacağı haqda məlumat verilib. Polis idarəsindən əsas kimi isə məscidin sənədlərinin qanunsuz olması kimi absurd iddia ortalığa atılıb.

Fakta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən və DEVAMM-dan rəsmi münasibətlər gecikməsə də hələ ki, QMİ-dən belə bir açıqlama verilməmişdir. DQİDK bu məscidin bağlanması haqqında qərarının olmadığını rəsmən bildirib. Faktı yerində araşdırmaq üçün onu hadisə yerində araşdırmağa qərar verdik. Hadisədə adı gedən digər maraqlı tərəf olan millət vəkili, BDU-nun rektoru Abel Məhərrəmovla əlaqə yaratmağa çalışdıq. Onun şəxsi nömrəsi cavab verməsə də, köməkçisi Faiq müəllimlə əlaqə yarada bildik. Köməkçisi Abel müəllimin ölkədə olmadığını, onun ezamiyyətə getdiyini bildirdi. Onun sözlərinə görə A.Məhərrəmov həftəsonu üçün ölkəyə qayıdacaqdır.

Türkiyənin ölkəmizdəki din xidmətləri müşavirinin aid olan artıq ikinci məscidin bağlanılması xəbərinin necə qarşılandığına dair münasibətini almaq cəhdimiz isə baş tutmadı. Belə ki, din xidmətləri müşavirliyindən verilən məlumata əsasən müşavir səfirliyə gedib. Gedərkən də nə zaman qayıdacağını demədiyi bildirildi.

DEVAMM – Dini Etiqad və vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bu acınacaqlı faktla bağlı elə həmin gün bəyanat yaymışdır. Bəyanatda bildirilir: “Paytaxtımızda növbəti məscidofobiya faktı yer alıb. İndi də “İlahiyyat” məscidi “qanunsuz” elan edilib və qapadılmasına dair xəbərlər verilir. Bu hərəkətə qol qoyanlar ümumiyyətlə fərqinə varırlarmı ki, “məscid” və “qanunsuz” ibarələrinin yanaşı işlədilməsi sağlam zəkaya, məntiqə, mənəvi dəyərlərə nə dərəcədə ziddir? Biz DEVAMM olaraq bu xəbəri böyük sarsıntı ilə qarşıladıq və bu cəhdi qətiyyətlə pisləyirik. Məscidlər – bir mənəviyyat mərkəzləri, insanlara əbədi dəyərlərə məhəbbəti aşılayan bir məkanlardır. Məscidlərlə belə davranmaq - millətin mental dəyərlər kodunu pozmaq deməkdir. Məscidləri “qanunsuz tikili” adlandırılan millətin gələcəyi necə olacaqdır? Belə toplumda vətənpərvərlik, şücaət, fədakarlıq, xeyirxahlıq, alicənablıq, övlada və valideynə məhəbbət kimi dəyərlərin mövcudiyyəti belə sual altındadır”. Bəyanatın sonunda bildirilir: “Əgər iddia edilirsə ki, məscidin hansısa sənədləri qaydasında deyil, məscid fəaliyyətini davam edə-edə bu sənədləri asanlqla səhmana salmaq olar. Biz bir daha məscidlə bu cür rəftarın yolverilməzliyinə diqqət çəkərək, məscidin fəaliyyətinin davam etdirilməsini təmin edilməsi barədə çağırış edirik”.

Məscid əhli narahatdır


Son hadisənin episentri olan “İlahiyyat” məscidinə yollandıq. Məscidin həyətinə daxil olduqda bura sanki qasırğadan əvvəlki sakitlik havasında idi. Məscidin həyətində demək olar ki, heç kəs yox idi. Yalnız hocaların evinin həyətində yığışmış xanımların səsləri gəlirdi. Uzun müddət olardı ki, buralara yolum düşmürdü. Son gördüyümdə məscidin həyətindən üzü aşağı şəhərə tərəf gözəl bir panoram - mənzərə açılırdı. Ancaq indi gördüyüm çox qəribə idi. İndi bu panoramı təqribən məscid hasarının 3-5 metrliyində yeni tikilmiş çoxmərtəbəli binalar zəbt etmişdi. Həyətdəki ağacların birinin altında oturmuş bir inanclı diqqətimi cəlb edir. Onunla söhbətimiz elə BDU rektorunun şikayət ərizəsinin polisə təqdim etməsindən başlanır:

- Siz bu haqda haradan eşitmişdiniz?
- Elə burada möminlər danışırdı. 19 may işa namazında hoca da bu haqda danışıb. Hocaya deyiblər ki, iki gün vaxt veririk ki, şələ-külənizi yığışdırın gedin buradan. O da deyib ki, heç olmasa iki gün vaxt verin, heç olmasa camaata cüməni qıldıraq. İndi hələ ki, bu söhbət gedir. Belə çox müəmmalı şeydir: Polisin deməsi ki, “mən sizə vaxt verirəm”. Yaman hirslənmişəm. Qiyamət günü o məscid dil açıb sizə qarşı şahidlik eləyəcək.

- Məscidlərə qarşı son baş verən hadisələrə münasibətiniz necədir?
- Bilirsən, çox qəribədir ki, bu ölkədə pozğunlar öz haqlarını daha çox tələb eləyirlər, nəinki dindarlar.

Söhbətimizi burada kəsib başqa inanclıya yaxınlaşıram. O yaxınlıqdakı yas yerindən bu məscidə namaz qılmağa gələn idi. Özünün də dediyi kimi o, bu məscidə qonaq gəlmişdi. Qiyamət günü Allahın insandan soruşacağı ilk şeyin namaz olduğun deyən Hacı Arif ilə söhbətimiz elə namazdan başlanır:

- Qiyamət günü birinci soruşulacaq əməl namaz olacaqdır. Niyə? Çünki namaz Firu-iddinin birinci bəndidir. Firu-iddin isə İslamın iki dayağından biridir.

- Necə fikirləşirsiniz, bu məscidi niyə bağlayırlar?
- Hər halda burada tam dəqiq söz demək çətindir. Əgər qanunsuzdursa gərək o zaman qoymayalar tikilməsinə. Nəinki sonradan sökələr. Əgər bir məscid tikilib xalqın istifadəsinə verilibsə, əlbəttə ki, onu sökmək və ya bağlamaq müsəlmanlığa ziddir.

- Şəhidlər xiyabanındakı məscidi də bağladılar. Buna nə deyə bilərsiniz?
- Bu haqda bir söz deyə bilmərəm. Oranı təmirə görə bağlanıldığı deyilir.

- Son bir ayda 2 məscidi də sökdülər: Yasamal rayonundakı və Neft Daşlarındakı. Bu nədir? Sizcə bu kampaniyaya oxşamırmı?
- Bir növ haradasa oxşayır. Ona da hər hansı bir siyasi don geyindirirlər ki, guya onun da tikilişinə icazə verilməyib və s. İndi bax yanında durduğumuz bu 3 mərtəbə məscidi tikəndə onu görməmişdilərmi bu tikilir? Niyə onda onun qarşısını almadılar? Necə olur ki, adi bir fərdi subyekt bir yerə daş töküb nə isə tikmək istəyəndə tez onun başının üstünü kəsirlər. Amma məscid tikilib başa çatdıqdan sonra deyirlər ki, qanunsuz tikilib. Bu inandırıcı hal deyil. Nə isə inandırıcı deyil.

- Məscidlərin bağlanılması nədənsə elə həmişə Əbu Bəkir məscidindən dağılmış camaatla əlaqələndirməyə çalışırlar. Bəs məscidlərin sökülmələri nə ilə əlaqədardır?
- Onlarla əlaqələndirmək olmaz. Bura müsəlman ölkəsidir. Bu il ölkəmiz İslam mədəniyyətinin paytaxtı da sayılıb. İslam konfransı da burada keçirildi. Eyni zamanda bura müsəlman dövlətidir. Ümumiyyətlə, məscidlərin sökülməsinə mən yaxşı baxmıram. Məscidin hər yerdə olması - bu yaxşı haldır.

- Nə fikirləşirsiniz, növbəti hədəf hansı məscid ola bilər? Əgər bura da bağlanarsa bura namaza gələn insanlar hara üz tutacaqlar?
- Yalan ayaq tutar yeriməz. Mən heç nə deyə bilmərəm.

- QMİ sədrinin məscidofobiyaya qarşı açıqladığı münasibət sizi qane edirmi?
- Yox, şeyx heç zaman razı olmaz ki, məscidlər sökülsün, və ya bağlanılsın.

Hacı ilə söhbətimizdən sonra yerli dindarlardan bəziləri ürəklənib yaxınlaşaraq fikirlərini bölüşürlər. Onlarla söhbət edirdim ki, məscidin dəstəmazxanasından bir ağsaqqal çıxaraq bizə tərəf gəlməyə başladı. Mənə çatdıqda sual dolu gözlərini üzümdə cəmlədi. Özümü tanıtdırdıqdan sonra o da söhbətə qoşulur:

- Dayı, adınız necədir?
- Zakir.

- Zakir dayı, bu məscidin əhlindənsinizmi?
- Bəli.

- Cümə namazlarını buradamı qılırsınız?
- Bəli, cümələri bura gəlirik. 3 cümə cümə namazını qılmayan müsəlman artıq İslamdan çıxmış olur. Müsəlmanlar bir-birinə qardaşdır. Onun sağı-solu yoxdur. Ölkə başçısı dindarlığın inkişafı üçün işlər görür. Amma bu nə barmaqdır belə soxulub məscidlərə - anlamırıq. Deyirlər guya bu məscidin sənədləri yoxdur. Niyə sənədi yoxdur?! Sənədi olmayan şey tikilər?! Bu məscid burada neçə illərdi var idi. Bu bunlar isə burada yox idi. İndi bunlar tikiləndən sonra gəlib deyir ki, bura xoşagəlməz adamlar gəlir. Məgər müsəlmanın xoşagəlməzi olur!? Belə şey olar!? Bizim məscidimiz bağlanır! Dünən bunu eşidən bütün insanlar burada ağlaşırdı. Biz hara gedəcəyik? Harada ibadət edəcəyik? Biz cümə namazlarını harada qılacağıq? İndi bizim başımızı kəssələr bundan yaxşıdır. Biz ölkə başçısına müraciət edirik: Allah evlərin bağlanmasına icazə verməsin.

- Əgər bağlansa bəs ibadətlərinizi harada həyata keçirəcəksiniz? Nə etməyi düşünürsünüz?
- Nə edəcəyik? Ölkə başçısının buna reaksiyasını gözləyəcəyik. Biz onun rəyindən başqasını gözləmirik. Çünki DQİDK səsini çıxarmır. Şeyx səsini salıb içinə. Məscid bağlanır, şeyx səsini çıxartmır. Bunun hamısını ölkə başçısımı etməlidir? APA-da Şeyxin bir müsahibəsində oxumuşdum ki, özü belə demişdi; “Əgər Azərbaycanda bir dənə məscid bağlana, ya sökülə mən şeyx deyiləm”. Bu sözü Əbu Bəkir məscid ilə bağlı müsahibəsində demişdi. Halbuki Azərbaycanda artıq iki məscid sökülüb, üçüncüsü isə bağlanmaq təhlükəsi qarşısındadır.

- Ağsaqqal adamsınız, sizcə bütün bunlar nə deməkdir?
- Mənə belə gəlir ki, kimlərsə respublikada fitnə salmaqdan ötəri bunu törədirlər. İnsanları bir - birinə qarşı, dövlətə qarşı qoymaq istəyirlər. Biz buna gedəsi deyilik. Qulaqlarını aşsınlar və eşitsinlər. Biz dövlətimizə, ölkə başçısına bir daha müraciət edirik. Hətta iş o yerə gəlib çatıb ki, deyirlər azanın səsi bizi narahat edir. Gör nə qədər cəhalət hökm sürür respublikada?! Allahın göndərdiyi Qurana xor baxırlar. Biz buna qarşıyıq. Ölkədə dini maarifləndirməni gücləndirmək lazımdır ki, bu cəhalətdən qurtulsun insanlar. Harada ki, xurafata qarşı mübarizə var oraları bağlayırlar.

- Məscidə rəsmilərdən gələn olubmu? Nə deyirlər ümumiyyətlə?
- Deyirlər ki, sənədi yoxdur. Niyə yoxdur?! Hər sənədi var. Budur hocamız da gəldi. Sənədsiz şey tikilir bəyəm? 1992- ci ildən tikilib, bunun sənədi yox idi?!

Zakir kişi ilə söhbətdə idik ki, İlahiyyat məscidinin imamı İbrahim Memiş də gəldi. Türklər sözü olmasın: “İyi adam lafının üzerine gelir”, - deyib İbrahim hocadan soruşuram:

-İşlər necədir?
- İnşəallah düzələcək.

- Din hizmetleri müşaviriniz bu haqda görüşləri necədir?
- Nə deməsini gözləyirsiniz?.. Cami bağlanmaz, inşəallah. Camaat da gəlib-getməyə davam edər. Pırıl-pırıl işlərə davam edərik. Biz bunu bütün müsəlmanlara arzulayırıq.

- Maşallah, çox ümidlisiniz...
- Niyə ümidli olmayım ki? Ümid müsəlmanın silahıdır. Heç bir müsəlman istəməz ki, məscidləri sökülsün, yerlə yeksan edilsin və bağlanılsın. Amma bu nədən oldu, niyə oldu - ona mən cavabdeh deyiləm.

Bunu deyib İbrahim hoca bizdən uzaqlaşır. Məscidin fotolarını çəkirdim ki, uzaqdan bir uşaq mənə səsləndi: “Dayı, dayı, çəkməyin. Hocamız icazə vermir”. 8-9-cu siniflərdə oxuyardı. Yaxınlaşdı. Çəkilişin məqsədini bildikdə rahatlanır. Mehribanlıqla görüşdük. Adı Fərid idi. Bu məsciddə vaxtaşırı həm ibadətlə məşğul olur, həm də Quran oxuma kurslarında qiraəti öyrəndiyini deyir. Amma indi məscidin bağlanmasından çox nigaran olduğunu da gizlətmir. Fərid əli ilə məscidin ətrafını göstərərək deyir: “camaat burada dağda-qayada, o daşlıqda namazlarını qılır. Yenə də hərdən görürsən ki, yer çatmır”.

Fəridlə də söhbətimi bitirirəm. Məscidə qalxıb içəri daxil oluram. İçəridəkilərin çoxu cavanlar idi. Onlardan bəziləri namaz qılır, bəziləri Quran oxuyur, bəzilər də bir-biriləri ilə ünsiyyətdə idilər. Onlardan Elçin adlı bir gəncin fikirləri isə yəqin ki, sizlərə də maraqlı olar: “Deyirlər ki, tolerantıq. Belə də tolerantlıq olar? Ruhumuzu da əlimizdən almaq istəyirlər. Biz burada nə edirik ki, bəyəm? Namaz qılıb, oruc tuturuq. Heç bir başqa fəaliyyətimiz də yoxdur ki, deyək ki, ona görə belə edirlər. Başa düşmürük ki, nəyə görə belə edirlər?”

Suallar çox, cavablar isə yox. Beləcə suallarla İlahiyyat məscidini tərk edirəm. Amma bilmirəm, son cümədən sonra oradan azan sədaları gələcək ya yox?!
ƏBAZƏR ƏHMƏDLİ
«Dəyərlər»


P.S. Yazı çapa hazırlanarkən məlum oldu ki, atıq məscidin bağlanmaması barədə prinsipial razılıq əldə edilmişdir.

***


21 may 2009, 12:57

““Məscid” və “qanunsuz” ibarələrinin yanaşı işlədilməsi sağlam zəkaya ziddir”


“Məscidlərlə belə davranmaq – millətin mental dəyərlər kodunu pozmaq deməkdir...”

DEVAMM “İlahiyyat” məscidinin qapadıması cəhdini qətiyyətlə pisləyən bəyanat qəbul etmişdir

Azərbaycan paytaxtında növbəti məscid qapadılır. Qəribə də olsa, illərdir fəaliyyət göstərən bu məscid də qanunsuz tikilən adlandırılıb. “İlahiyyat məscidi” kimi tanınan məscidin yetkililərinin təsdiqlədiyi məlumata görə, BDU rektorunun polisə şikayəti əsasında onlara məscidi tez bir zamanda bağlamaq tapşırığı verilib.

DEVAMM – Dini Etiqad və vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bu acınacaqlı faktla bağlı bəyanat yaymışdır. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda, o cümlədən, bildirilir: “Paytaxtımızda növbəti məscidofobiya faktı yer alıb. İndi də “İlahiyyat” məscidi “qanunsuz” elan edilib və qapadılmasına dair xəbərlər verilir. Bu hərəkətə qol qoyanlar ümumiyyətlə fərqinə varırlarmı, “məscid” və “qanunsuz” ibarələrinin yanaşı işlədilməsi sağlam zəkaya, məntiqə, mənəvi dəyərlərə nə dərəcədə ziddir? Biz DEVAMM olaraq bu xəbəri böyük sarsıntı ilə qarşıladıq və bu cəhdi qətiyyətlə pisləyirik. Məscidlər – bir mənəviyyat mərkəzləri, insanlara əbədi dəyərlərə məhəbbəti aşılayan bir məkanlardır. Məscidlərlə belə davranmaq – millətin mental dəyərlər kodunu pozmaq deməkdir. Məscidləri “qanunsuz tikili” adlandırılan millətin gələcəyi necə olacaqdır? Belə toplumda vətənpərvərlik, şücaət, fədakarlıq, xeyirxahlıq, alicənabliq, övlada və valideynə məhəbbət kimi dəyərlərin mövcudiyyəti belə sual altındadır”.

Bəyanatda Bakının “İslam mədəniyyətinin paytaxtı” elan edilən bir ildə İslamın başlıca simvolları olan məscidlərlə belə rəftar etməyin absurdluğuna diqqət çəkilir: “Sanki, kimlərsə bilərəkdən, ya bilməyərəkdən bütün enerjilərini Azərbaycanın İslam aləmində nüfuzunun aşağılanmasına sərf etməkdədir. Mənəvi, əxlaqi rəzilliyin toplumda baş alıb getdiyi, boşanmaların, intiharların adi statiskaya çevrildiyi bir şəraitdə mənəvi dəyərlərin, inanc mövzularının maarifçılıyinin genişləndirilməsi əvəzinə, bunun tam əksini görürük”.

Bəyanatda məscidlərlə bu cür davranışın qətiyyən yolverilməzliyi vurğulandıqdan sonra, əlaqədar qurumlara “İlahiyyat” məscidi ətrafında vəziyyətin təcili olaraq normallaşdırılması, məscidin heç bir vəchlə qapadılmaması barədə çağırış edilir: “Əgər iddia edilirsə ki, məscidin hansısa sənədləri qaydasında deyil, məscid fəaliyyətini davam edə-edə bu sənədləri asanlqla səhmana salmaq olar. Biz bir daha məscidlə bu cür rəftarın yolverilməzliyinə diqqət çəkərək, məscidin fəaliyyətinin davam etdirilməsini təmin edilməsi barədə çağırış edirik”.
Xəbər xidməti
"Dəyərlər" AİN

Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir
Abel Məhərrəmov "İlahiyyat"a gələnlərin sayının azalmasını istəyir

***


20 may 2009, 12:44

BAKIDA DAHA BİR MƏSCİD BAĞLANIR


Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilən “İlahiyyət camesi”nin fəaliyyəti mayın 22-də dayandırılacaq

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının yerləşdiyi ərazidəki (“Tələbə şəhərciyi”) məscidin fəaliyyəti iki gündən sonra dayandırılacaq.

Bu barədə Lent.az-a məlumat verən mənbə bildirib ki, məscidin imamı mayın 19-da camaat namazında ibadət ocağının bağlanması barədə xəbərdarlıq aldığını bildirib.

Daha çox “İlahiyyət camesi” kimi tanınan məscidin imamı, Türkiyə vətəndaşı İbrahim Memiş Lent.az-a faktı təsdiqləyib: “Məni mayın 19-da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etdilər. Orada bildirildi ki, Bakı Dövlət universitetinin rektoru Abel Məhərrəmov məscidin qanunsuz tikilməsi və fəaliyyət göstərməsi barədə idarəyə şikayət edib. Bildirdilər ki, məscid fəaliyyətini dayandırmalıdır. Biz cümə namazında məscidin bağlanmasını elan etmək üçün mayın 22-dək vaxt istədik. Mayın 22-də cümə namazından sonra məscid fəaliyyətini dayandıracaq. Bu məscid də Şəhidlər Xiyabanının yaxınlığındakı “Şəhidlər” camesi kimi Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilib”.

Məscidin qanunsuz tikilməsi və fəaliyyət göstərməsi barədə imamın öz fikirlərinə gəlincə, İ.Memiş bunları deyib: “Qanunsuz bu boyda tikili ucaltmaqmı olar?”

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva Lent.az-a bildirib ki, sözügedən məscidin sənədləri qaydasında deyil: “Tövsiyə olunub ki, sənədləri qaydasına salınsın. Məscidin bağlanması ilə bağlı heç bir göstəriş verilməyib”.

Türkiyənin Azərbaycandakı səfirliyinin Din müşavirliyindən Lent.az-a verilən açıqlamada məsələdən xəbərdar olduqlarını bildiriblər. Lakin məsələyə şərh verilməyib.

Lent.az məsələyə münasibət öyrənmək üçün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə də müraciət edib. Lakin hələlik münasibət öyrənmək mümkün olmayıb. Səfirlik münasibət açıqlayarsa, oxucuların diqqətinə çatdıracağıq.lent.az










Şərhlər: 92
20 may 2009 13:50 traveller
Allah lənət etsin!

Şeytan nökərləri elə bilirlər ki, bununla onlar hansısa bir dividend əldə edəcəklər. Lakin, bu yazıqlar başa düşmürlər ki, şeytan onlardan bir alət kimi istifadə edir. Və sonda lazımsız bir əski kimi ayaqlar altına atılacaqlar...


Şərhlər: 0
20 may 2009 14:51 jop
Bura bir bela gelse onda basha dusherler.
darul kufre xosh gelmisiniz.


Şərhlər: 0
20 may 2009 14:59 Ibrahim
Subhanallah! Her sheyin bir limiti olmalidir...Kimese gorunur serf edir Azerbaijanda menevi silkelenme yaratmag... Milletimizi boyuk fitneye chekirler...


Şərhlər: 0
20 may 2009 16:36 Meryem
YAZIQLAR OLSUN!!!


Şərhlər: 12
20 may 2009 17:06 Ceyhun
Bu murtedler muselmanlarin arasini "boyuk muveffeqiyyetle" vurduqdan sonra asanliqla oz cirkin meqsedlerini heyata kecire bilirler. Bu islerin altinda ne yatdiqini tezlikle Allahin iradesile bilecik. Bu Azerbaycan ucun cizilmis "Boyuk Fitne"dir. Ayiq olmaq lazimdir.


Şərhlər: 23
20 may 2009 17:43 Elnur_Celt
Yavash yavash gelirler,bugun eshitdim ki,guya icheri sheher mescidleri qanunsuzdur.
Allah rehm etsin


Şərhlər: 295
20 may 2009 20:05 YA ALEMDAR
Onsuzda İçəri Şəhəri söküb xaraba qoyublar. İçəri-Şəhər məsçidləri ilə nə işləri? Bu məsçidlər üçün nə bəhanə tapacaqlar? Olmaya bu məsçidlərdən də qeydiyyat vərəqi tələb etmək fikrindədirlər7 Bunlar ki, orta əsrlərin tarixi yadigarlarıdır. Bir də ki, bura Azərbaycandır...Bizim hörmətsiz məmurlardan hər şey gözləyirəm. Allah islah etsin.


Şərhlər: 146
20 may 2009 20:22 login
Novbeti hedef QARAÇUXUR qesebesindeki TURK camisi olacaq


--------------------
Vahidun vələbil ədəd .... Hz. Əli (ə) buyurub: Allah birdir, amma ədədi anlamda (bir) deyil


Şərhlər: 0
20 may 2009 21:23 abbas
Bele getse iller sonra 2 ruket namaz qilanin da evini sokecekler.


Şərhlər: 9
20 may 2009 21:59 Baş ağrısı
Deyilənə görə o vaxt Şirvanşahı Xəlilullah qanunsuz olaraq saray məçidi tikdirib...
indi məhkəməyə müraciyət edib onu da bağlamaq haqda düşünürlər.
Qala divarları, Qızqalası, ümumiyyətlə Bakı deyəsən qanunsuz salınıb,
Qarabağı bir cür qanunsuzlaşdırıblar, indi də 80% qalan torpaqlarda qanunlaşdırma aparırlar.


Şərhlər: 35
21 may 2009 00:24 EminMuxtaroglu
Salam Alekum
Bunlar deli olublar. Minimum bir kurs hestehanada uzanmalidirlar,minimum. Milleti avam bilibler, shablonnan da el chekmiller,ganunsuzdur.


Şərhlər: 295
21 may 2009 01:59 YA ALEMDAR
Qardaşlar,Anam sual edir ki, Şirvanşah Xəlilullaha iş kəsəcəklər? Yəqin ki, iş kəssələr qəbrini reşotkaya alarlar. lol


Şərhlər: 20
21 may 2009 07:04 ehlibeyt1
ALLAHIN evlerini sokeni ALLAH lenet elesin.Batil HAQQIN icinde gizlenib.[/s][/u][/i]


Şərhlər: 0
22 may 2009 07:40 esedullah
biz zalim idarecilerden kurtardık darısı başiniza


Şərhlər: 146
22 may 2009 09:13 login
“İlahiyyət fakültəsi” camesi fəaliyyətini davam etdirəcək

Sukur Allahin boyukluyune


--------------------
Vahidun vələbil ədəd .... Hz. Əli (ə) buyurub: Allah birdir, amma ədədi anlamda (bir) deyil


Şərhlər: 1
23 may 2009 12:24 Eli
Bes bu vaxta qeder niye oz shikayetlerini bildirmirdiler? Ses dersin kecilmesine mane olursa, shikayeti bu mustevide qoyun. danishiqlardan sonra deyirler ki, biz baglanmasini shikayet etmemishik ki.
Yixilana balta calmaq bizim kohne senetimiz ve ishimizdir.


Şərhlər: 295
23 may 2009 16:27 YA ALEMDAR
Bunların hamısı bəhanədir.Ay nə bilim yer çatmır, səs-küy olur... Nə vaxtan səs ekologiyasının qeydinə qalan olublar? Nə vaxtan asayiş keşiyində duran olublar? Bilmirdilər ki, Şəhidlər camesini bağlayanda bu effekti alacaqlar? Bu bir daha təsdiqləyir ki, məsçidi dağıtmaq, bağlamaq məsələ həlli deyil. "Rikoşet sindromu" öz təzahürünü mütləq ki, göstərəcək.


Şərhlər: 0
23 may 2009 20:10 АЛИМ
АЛЛАХ вар раhимида вар ИНШАЛЛАХ


Şərhlər: 0
23 may 2009 20:26 Salimov Samir
Bele hadiseler qarshisinda biz dozumlu ve bir-birimiz etrafinda daha da six birleshmeliyik. Onlar isteyirler ki, biz umidsizliye qapilaq ve dozumsuzluk gosterek. Lakin xeyr hecde buna nail olmayacaqlar.


Şərhlər: 0
23 may 2009 21:31 zeynab
Gunlerin birinde teyren-ebabil bu mescid sokenlerin de basinna das toker insaallah.


Şərhlər: 0
25 may 2009 12:52 Ulker
Niye goresen bu insanlar belanin gelmesini tezlesdirirler? Bes goresen bu qeder menseyi bilinmez, keyfiyyetsiz baha qiymete satilan binalar qanunidirmi?
Allah ozu merhemetini bizim milletden esirgemesin Insallah! Evvel-axir xeyir sere qalib gelir!


Şərhlər: 0
28 may 2009 15:01 meşebeyi
komunizmden kapitalizme süretli keçişin neticeleridi

bunların hamısı sovetin zapçastlarıdı. qoy hele bu yaşlı nesil sıradan çıxsın baxın görün genclerimiz neler edecek( yaxşı menada)


Şərhlər: 110
28 may 2009 15:04 Ведьмак
Salam aleykum
Bunlar neter adamdirlar??? Xechneden gorxmurlar!!! Axiret zamani yada salacaglar bu emelleri.


--------------------
Moula haqq Imam ya Hasan ya Huseyn!!!


Şərhlər: 29
28 may 2009 15:50 Mixaylo
YƏGİN Kİ ABEL MÜƏLLİM DEMƏK İSTƏYİR Kİ, MƏSÇİDLƏR AZLIQ ELƏYİR VƏ YENİLƏRİ TİKİLMƏLİDİR VƏ OLANLARI DA GENİŞLƏNDİRİLMƏLİDİR, ƏKS HALDA ZATINI ARAŞDIRMAQ LAZIMDIR
Şərhin əlavə edilməsi
Sizin adınız:
Sizin E-Mail:

Kod:
Təhlükəsizlik kodunun görünməsi üçün bu şəkili işə salın
kodu yeniləmək
Kodu daxil edin:


XƏBƏR LENTİ