BAXIŞ BUCAĞI
YAZARLAR
TƏQVİM
«    İyul 2014    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

"Elektron təhsil" müsabiqəsi başlandı

7 aprel 2010 [19:07] Şərhlər: 0

Böyütmək Kiçiltmək

 

Dosta göndərmək Bookmark and Share

 

"2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron təhsil" ümumirespublika müsabiqəsi 6 apreldə start götürdü.

Müsabiqənin təşkilatçısı Təhsil Nazirliyidir və o, "Microsoft Azərbaycan", "Intel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqə iki istiqamət üzrə keçirilir: "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" Müsabiqənin rəsmi internet səhifəsi www.musabiqe.edu.az-dır. İştirak üçün sifarişlər 21 maya qədər qəbul edilir.

"Təhsildə İnternet texnologiyalar" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaq.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti qalibləri üç nominasiya üzrə müəyyən edəcək: "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika", "İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika", "Elektron tədris vəsaitlərindən istifadə etməklə qurulan tədris prosesinin ən yaxşı modeli".

Elektron təhsilə (E-learning) elektron dərsliklər, təhsil xidməti və texnologiyalar daxildir.

NSBA-nın (National School Boards Association - ABŞ Milli Məktəb Şuraları Assosiasiyası) 2007-ci il üçün hesabatına görə, tələbələrin 60%-i şəbəkədən istifadə edib.

Avropa ölkələriundə E-learning-in inkişafı və tətbiqində Almaniya, Avstriya, Böyük Britaniya və İtaliya liderdir.

Təhsil portalı yaradılsa da (www.edu.az), ölkədə təhsil resursları çatışmır. "Bu günə kimi layihələr özəl şirkətlərin təşəbbüsü və nazirliyin dəstəyi ilə həyata keçirilib. Lakin bu ildən başlayaraq nazirlik öz təşəbbüsü ilə dövlət proqramı çərçivəsində bu müsabiqəni keçirməyi qərara alıb. Biz ümid edirik ki, bu müsabiqə müəllimlər arasında maraqla qarşılanacaq", deyə Təhsil Nazirliyinin nəzdində yaradılan məlumat və resurs mərkəzində təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov bildirib. /TURAN/










Məlumat Yalnız qeydiyyata düşmüş istifadəçilər şərh yaza bilərlər. Əgər Siz artıq qeydiyyata düşmüsünüzsə, onda avtorizasiya edin. Bundan sonra Siz şərh yaza biləcəksiniz.


Xəbər Lenti
Aktual